BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir.
“İki sahil” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, WUF13 çərçivəsində müxtəlif elmi konfranslar baş tutub: "Məqsəd günün tələblərinə cavab verən, gələcəyə hesablanmış fəaliyyət üçün birgə kadr hazırlığında səylərin birləşdirilməsidir. Azərbaycan təcrübəsi dünyada örnəkdir. Xüsusilə, Qarabağ və Şəriq Zəngəzurda aparılan işlər buna əyani misaldır. Həmçinin gündən-günə artan kadr tələbatı istiqamətində müxtəlif ali təhsil müəssisələri öz səylərini birləşdirməlidir".
E.Babayev bildirib ki, hüquqi, sosial, ekoloji, şəhərsalma, böyük şəhərlərin yaratdığı problemlər nəzərə alınarsa, multidisiplinar sahədə kadr hazırlığı mühüm əhəmiyyət kəsb edir.
"Tədrisdə bu faktorların nəzərə alınması vacibdir. Gələcyin mütəxəssislərinin hazırlanması daim diqqət mərkəzində olmalıdır", - rektor vurğulayıb.
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilib