Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü (WUF13) sessiyası ilə əlaqədar “AYNA MaaS” mobil tətbiqinə yeni funksiya əlavə olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qonaqlar və tədbir iştirakçıları tətbiqdə WUF13 funksiyasını aktivləşdirməklə sessiyanın keçiriləcəyi günlərdə səyahətlərini daha asan və rahat edə bilərlər. İstifadəçilər xəritədə xüsusi WUF13 dayanacaqlarını görə və seçdikləri dayanacaqlar üçün avtobusların gəliş vaxtlarını real zaman rejimində izləyə bilərlər. Həmçinin "Gedəcəyiniz yer" bölməsində "Bakı Olimpiya Stadionu"na daxil olaraq məkana səyahəti planlaşdırmaq mümkündür.
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb