14 may 2026 22:31
110

Memarlıq irsi və urbanizasiyaya aid seminar təşkil olunub

"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində memarlıq irsi və urbanizasiya proseslərinə həsr olunan elmi-praktiki seminar təşkil olunub.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında yayılıb.

"Orta əsr şəhər memarlığı və İçərişəhər" mövzusunda keçirilən tədbirdə tarixi şəhər mühitinin qorunması, memarlıq irsinin müasir şəhərsalma yanaşmaları ilə uzlaşdırılması və urbanizasiya şəraitində tarixi məkanların rolu ətrafında fikir mübadiləsi aparılıb". – məlumatda bildirilib.

Qeyd olunub ki, panel sessiyalarında memarlıq, arxeologiya və şəhərsalma sahələri üzrə mütəxəssislərin çıxışları, təqdimatlar və açıq müzakirələr yer alıb.