Daşkəsən, Qazax və Gədəbəy rayonlarının bəzi kənlərində qaz kəsiləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri, həmçinin aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar sabah saat 09:10-dan işlər yekunlaşanadək Daşkəsən şəhərinin, rayonun Alunitdağ, Mədənçilər, Yuxarı Daşkəsən qəsəbələrinin, Mollahəsənli kəndinin, eləcə də Qazax rayonunun Kosalar kəndinin və Gədəbəy şəhərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Gənc media nümayəndələri SOCAR-ın dekarbonizasiya strategiyası və yaşıl enerji gündəliyi barədə məlumatlandırılıblar - FOTO
Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin 20 illiyi və BTC üzrə operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib