Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib. “İki sahil” xəbər verir ki, aktiv məşğulluq tədbiri Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Zəngilan rayonu xidmət şöbəsinin inzibati binasında keçirilib. Yarmarkada mühəndis, təmirçi-çilingər, elektrik qaynaqçısı və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim edilib. Yarmarka iştirakçılarına iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib