14 may 2026 17:53
134

Jiva-ya səs verin. 02-yə səs verin. Azərbaycana dəstək olun

Bu gün keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinalında Azərbaycanı Jiva təmsil edəcək. Təmsilçimiz səhnəyə 02 nömrə ilə çıxacaq.

Səsvermə bütün iştirakçıların çıxışından sonra başlayacaq. Tamaşaçılar canlı şounu televiziya və ya “YouTube” vasitəsilə izləyə, səsvermə açıldıqdan sonra isə öz ölkələrində göstərilən SMS nömrələri və ya mümkün olduğu hallarda www.esc.vote platforması üzərindən Azərbaycana dəstək verə bilərlər.

“İki sahil” xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Məlumatda deyilir: “Posterda qeyd olunan ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycanın dostları və Jiva-nın çıxışını bəyənən bütün “Avroviziya” izləyiciləri səsvermə zamanı 02 nömrəsinə səs verərək ölkəmizi dəstəkləyə bilərlər. Hər bir səs önəmlidir.

“Avroviziya” mahnı müsabiqəsi milyonlarla tamaşaçı qarşısında Azərbaycan musiqisini, mədəniyyətini və yaradıcı potensialını nümayiş etdirmək üçün mühüm beynəlxalq platformadır.

Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları və Azərbaycanın dostlarını bu gün Jiva-ya dəstək olmağa çağırırıq.

Jiva-ya səs verin. 02-yə səs verin. Azərbaycana dəstək olun”.