Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.
“İki sahil” xəbər verir ki, onlar Qubanın Xınalıq kəndi yaxınlığındakı Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar. Hava şəraitinin ağır və relyefin mürəkkəb olmasına baxmayaraq, yürüş iştirakçıları məqsədə uğurla nail olublar.
Ulu Öndərimizin adını daşıyan zirvədə onun barelyefi ziyarət olunub və əziz xatirəsi ehtiramla yad edilib.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır