Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə yürüş edib.
“İki sahil” xəbər verir ki, Nazirlikdən bildirilib ki, yürüş iştirakçıları Qubanın Xınalıq kəndi yaxınlığındakı Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
Hava şəraitinin ağır və relyefin mürəkkəb olmasına baxmayaraq, onlar məqsədə uğurla nail olublar.
Yürüş iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.
Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər Parkını ziyarət edib
Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib