11 may 2026 16:01
111

Xorvatiyada keçirilən Avropa çempionatında gümüş medal qazanıblar

Azərbaycanın güllə atıcılığı millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib. Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında uğurla çıxış edərək gümüş medalı aktivlərinə yazdırıblar.