09 may 2026 14:03
100

FİFA DÇ-2026 üçün 3 açılış mərasimi keçirəcək

FİFA DÇ-2026 üçün 3 açılış mərasimini keçirəcək.

“İki sahil” xəbər verir ki, bu haqda "The Atletic" məlumat yayıb.

DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil olunacaq. FİFA isə hər bir ev sahibi ölkədə ilk oyundan əvvəl bir mərasim planlaşdırır.

Hər stadionda yerli sənətçilər çıxış edəcəklər: ABŞ-da Keti Perri, Kanadada Maykl Buble və Meksikada Mana səhnə alacaq.

Qeyd edək ki, DÇ-2026-da tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.