08 may 2026 16:21
111

Hacıqabul və Neftçalanın bəzi ərazilərində qaz olmayacaq

Mayın 12-də Hacıqabul və Neftçala rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Muğan qəsəbəsinin, həmçinin Neftçala rayonu Boyad və Ballıcallı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.