Bu il aprelin 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 660,2 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,2 % az, ötən il aprelin 1-nə nisbətən isə 2,9 % çoxdur.
Depozit portfelinin 48,2 %-i, yaxud 20 milyard 086,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 7,1 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 12,5 % artaraq 16 milyard 960,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22 % artaraq 4 milyard 612,9 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 411,3 milyon manatı (1 il əvvələ nisbətən 4,4 % az) qısamüddətli, 19 milyard 248,8 milyon manatı (12,9 % çox) isə uzunmüddətli olub.
2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub