ASA-nın İcraçı direktoru Abas Miskərlinin də iştirak etdiyi tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı, millət vəkili Ceyhun Məmmədov və digər rəsmilər çıxış ediblər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda İslam maliyyəsinin inkişafı, İslam bankçılığı, sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi, həmçinin bu sahədə kadr hazırlığı və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunub.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub