2026-cı ilin yanvar-mart aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 35,3 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 69,7 milyon dollar və ya 3 dəfə azdır.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel buraxılışında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 105 milyon dollar olub.
2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub