10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə yığma komandamız Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında çıxışını başa vurub.
“İki sahil” xəbər verir ki, yarışın 163 km-lik 2-ci mərhələsi qrup finişi ilə yadda qalıb – fotofinişə əsasən, yığma komanda üzvlərimizdən Tural İsrafilov 16-cı, Musa Mikayılzadə isə 18-ci olub. 1-ci mərhələdə finiş xəttini 4-cü keçən Musa 2 yarış gününün yekununa əsasən, ümumi təsnifatda 4-cü nəticə göstərib və bununla da ölkə reytinqinə 20 təsnifat xalı qazandırıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov