Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən ərzaq məhsullarının topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Bu barədə "İki sahil"ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmadığı, mövcud olan qurğu isə nasaz olduğu,elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilmədiyi, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilmədiyi, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, köçürmə yolları müxtəlif materiallarla tutulub və yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilmədiyi, obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, obyektin ərazisi yanar tullantılardan təmizlənmədiyi, insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmadığı, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmadığı aşkar edilib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında yerləşən ərzaq məhsullarının topdansatış mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib",- məlumatda bildirilib.
DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib
Müəllim şagirdin yalnız akademik inkişafında deyil, həm də şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır - MÜSAHİBƏ