30 aprel 2026 09:30
106

AVF: Bu gün birinciliklərdə qalib olan komandaların əksəriyyəti region təmsilçiləridir

Bu gün Azərbaycan Voleybol Federasiyası tərəfindən yaradılan Regional Voleybol Klublarında yüzlərlə qız və oğlan məşq edir. Onlar üçün həm bölgələrdə, həm də paytaxtda lazımi şərait yaradılıb. Mütəmadi olaraq seçimlər aparılır, seçilən perspektivli idmançılar milli komandalara cəlb olunurlar.

Bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova “İki sahil”ə müsahibəsində  bildirib. 

Onun sözlərinə görə, həmin idmançılarla çalışan məşqçilərin təcrübələrinin artırılması məqsədilə xüsusi seminarlar təşkil olunur. Ən əsası isə bu komandalar Azərbaycan birinciliklərində iştirak edirlər. Bu gün birinciliklərdə qalib olan komandaların əksəriyyəti region təmsilçiləridir.

Yaqut Ağaşahqızı, “İki sahil”