“Neftqaztikinti” trestində hər il olduğu kimi, yaz-payız mövsümündə ənənəvi olaraq iməcilik tədbirləri keçirilir.
“İki sahil” xəbər verir ki, növbəti dəfə 18.04.2025-ci il tarixində struktur vahidlərində, 25.04.2026-cı il tarixində isə trest aparatı üzrə yaşıllıq zonalarında, boş ərazilərdə və yeni istirahət parkında iməcilik keçirilmişdir. Qeyd edilən tədbirlərdə ümumilikdə 440 ədəd müxtəlif növ (eldar şamı, tuya, sərv və zeytun) ağac əkilmişdir.
Keçiriən iməcliyin əsas məqsədi trestin ərazisində yaşıllıq zonaların genişləndirilməsi, mövcud bitki örtüyünün mühafizəsi və ərazilərin abadlaşdırılması ilə yanaşı, əməkdaşların asudə vaxtının səmərəli təşkilindən ibarət olmuşdur.