Rayonlarımızın dotasiyadan asılılığı gələn ildən ümumiyyətlə olmayacaq. Onlar öz gəlirləri ilə xərclərini balanslaşdıra, ödəyə biləcəklər.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında bildirib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da gəlirlərin artması hesabına növbəti ildə dotasiya məbləğində azalma baş verəcək. Bələdiyyələrimizlə bağlı dotasiya növbəti il üçün 7,5 milyon manat nəzərdə tutulub. Bu məbləğ cari ildəkinə bərabərdir.
“Cari ildə cəmi iki rayonun subvensiya müraciəti olub. Burada məsələ ilk növbədə bələdiyyələrin üzərinə düşür ki, onlar öz dotasiya və subvensiya sifarişlərini müvafiq qaydada vaxtında hazırlayaraq, onun əsaslandırılması ilə birlikdə təqdim etsinlər. Hökumət tərəfindən onlara tam şəkildə bu dəstək göstərilir. Növbəti dövrlərdə də göstəriləcək”, - deyə nazir qeyd edib.
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
Kaspersky “Intelbras” müşahidə kameralarındakı boşluğu aradan qaldırmağa kömək edib
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
FHN-in Gəncə Regional Mərkəzi Samux rayonunda kompleks mülki müdafiə təlimi keçirib