Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 25-i saat 10:00-da Agentliyin Lənkəran-Astara regional bölməsinin inzibati binasında (Lənkəran şəhəri, B.Mirsalayev küçəsi 272) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
“İki sahil” xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 24-dək qəbula yazıla bilərlər.
Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
Kaspersky “Intelbras” müşahidə kameralarındakı boşluğu aradan qaldırmağa kömək edib
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib