İran Parlamenti işini bərpa etdikdən dərhal sonra Hörmüz boğazından keçmək üçün yeni prosedurlar haqqında qanun qəbul ediləcək.
“İki sahil” yazır ki, bu barədə İslam Respublikası Məclisinin (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Burucerdi bildirib.
"Hörmüz boğazı təhlükəsizlik planının" hüquqi və beynəlxalq aspektlərini nəzərdən keçirmək üçün çoxsaylı iclaslar keçirilib. Bu plan Parlamentin yenidən açılmasından dərhal sonra məcburi qanun kimi qəbul ediləcək və həyata keçirilməsi üçün hökumətə göndəriləcək", - deyə Məclisin mətbuat xidməti onun sözlərinə istinadən bildirib.
Borucerdi qeyd edib ki, İran Mərkəzi Bankı Hörmüz boğazından keçid üçün ödənişləri toplamaq məqsədilə İran rialı, yuanı, dolları və avrosu ilə dörd xüsusi hesab açıb, lakin rəqəmsal valyuta infrastrukturu işə düşdükdən sonra ödənişlər rialla aparılacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”