26 aprel 2026 20:40
120

Abbas Əraqçi Putinlə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Vladimir Putinlə görüşəcək.

“İki sahil” İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

"Səfər bazar ertəsi baş tutacaq, Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək", - o deyib.

Qeyd olunub ki, A. Əraqçi Moskvaya səfəri zamanı danışıqların son vəziyyəti, atəşkəs və cari hadisələrlə bağlı Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq, eləcə də ABŞ ilə aparılan danışıqlar barədə məlumat verəcək.

Qeyd edək ki, Pakistandan Omana səfər edən İranın XİN rəhbəri İslamabada qayıdıb.