26 aprel 2026 18:47
122

Rumıniyada qadınların qətlinə görə ömürlük həbs cəzası tətbiq edilib

Rumıniya Prezidenti Nikuşor Dan qadınların qəsdən və ya gender nifrəti zəminində baş verən məişət zorakılığı zamanı öldürülməsi ilə mübarizə haqqında qanun qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rumıniya Prezidentinin "Facebook" səhifəsindəki paylaşımında deyilir.

Qeyd olunub ki, qatilləri 15 ildən 25 ilə qədər və ya ömürlük həbs cəzası gözləyəcək.

"Qadınlara qarşı zorakılıq uzun müddət diqqətdən kənarda qalıb və ya kifayət qədər effektiv nəzərdən keçirilməyib", - bəyanatda bildirilib. Qanun Rumıniya dövlətinin qadınların və uşaqların təhlükəsizliyini təmin etmək öhdəliyini konkret mexanizmə çevirir.

Əvvəllər Rumıniyada belə cinayətlər amansız qətl kimi təsnif edilirdi. İndi "femisid" termini qanunvericilik aktında gender zorakılığının bir forması kimi təsbit edilib. Qanun həmçinin 18 yaşından kiçik qızlara da şamil olunur.