Ötən gün İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində yeddi nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi bu gün məlumat yayıb.
Nazirliyin Təcili Əməliyyatlar Mərkəzinin məlumatına görə, İsrailin Livanın cənubuna hücumları nəticəsində yeddi mülki şəxs həlak olub, üçü uşaq olmaqla 24 nəfər yaralanıb.
İsrail Müdafiə Qüvvələri (İMQ) yenilənmiş zərbələrin Livan tərəfindən "atəşkəs rejiminin pozulması" səbəbindən baş verdiyini iddia edib.