25 aprel 2026 21:30
127

Afrika İttifaqı yaraqlıların Malinin paytaxtına və bölgələrinə hücumlarını pisləyib

Afrika İttifaqı yaraqlıların Malinin paytaxtı Bamakoya və ölkənin bir sıra digər bölgələrinə hücumlarını qətiyyətlə pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusufun bəyanatında bildirilib.

Onun sözlərinə görə, Afrika İttifaqı Malidəki hücumlar barədə məlumatları dərin narahatlıqla izləyir və mülki əhalini ciddi təhlükəyə atan hərəkətləri qətiyyətlə pisləyir.

Yusuf həmçinin təşkilatın Malidə sülhün, təhlükəsizliyin, effektiv idarəetmənin və sabitliyin təmin edilməsinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.

Şənbə səhəri paytaxt Bamako da daxil olmaqla ölkənin bir neçə bölgəsində hökumət qoşunlarının mövqelərinə koordinasiyalı hücumların təşkil edildiyi qeyd olunur. Döyüşlər beynəlxalq hava limanının yaxınlığında, paytaxtın mərkəzindən 17 kilometr aralıda yerləşən Katidəki ən böyük ordu bazasında, eləcə də Qao, Kidal və Sevare şəhərlərində baş verib.

Mali Silahlı Qüvvələrinin Baş Qərargahı hökumət qüvvələrinin hücumçuları məhv etmək üçün əməliyyatlar apardığını bildirib.

Hücumlara görə məsuliyyəti üsyançı "Azavad Azadlıq Cəbhəsi" qruplaşması üzərinə götürüb.