Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobillə "Changan" markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.