25 aprel 2026 00:43
100

Gəncədə 35 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

hadisə şəhərin “Komsomol” adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İ.İbrahimovun qonşusu tərəfindən bıçaqlandığı ehtimal edilir.

Faktla bağlı araşdırma başlanılıb.

“Qafqazinfo”