23 aprel 2026 10:56
118

YAP Bərdə rayon təşkilatı  şahmat üzrə rayon birinciliyi keçirib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü münasibətilə  şahmat üzrə rayon birinciliyi keçirib. Yarışda müxtəlif yaş kateqoriyasından olan YAP üzvləri və təmsil olunduqları kollektivin rəhbərləri iştirak ediblər. Yarış Uşaq-Gənclər İdman - Şahmat Məktəbinin dəstəyi ilə keçirilib.

Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarısın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Açılışda çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya  yarış iştirakçılarına uğurlar arzulayaraq  Ulu öndər Heydər Əliyevin dövlətimizi və xalqımızı xilaskarliq missiyasından danışıb, onun əziz xatirəsinin xalqımızın qəlbində və  şanlı tarixində əbədi var olacağını bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev hər zaman idmanın,  xüsusilə şahmatin inkişafıni dövlətin əsas prioritet istiqamətlərindən  birinə  çevirmişdi. Bugün  də bu siyasət Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. F.Şadlinskaya bildirib ki,  Yeni Azərbaycan Partiyası daim gənclərin sağlam ruhlu, intellektual inkişafına, milli-mənəvi dəyərlərə malik məsuliyyətli vətənpərvər övlad olaraq yetişməsinə böyük önəm verir.

Yarisda şahmatçılar püskatma yolu secilərək oyuna başlayıblar. 

Yekunda şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Fəxri Əliyev rayon birincisi olub.  Şəhər 5 saylı  tam orta ümumtəhsil məktəbinin müəllimi Ərəstun Məmmədov ikinci, Alpout kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Elvin Hüseynov üçüncü yer tutublar.  

YAP Bərdə rayon təşkilatın sədri Faqət Şadlinskaya Ulu öndər Heydər Əliyevin büstü önündə yarış qaliblərini  təşkilatın Diplom və hədiyyələri ilə mukafatlandırıb.

Sonda xatirə şəkli çəkdirilib.