22 aprel 2026 22:45
169

TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım aprelin 22-də Azərbaycanın Qarsdakı baş konsulluğunda olub.

“İki sahil” xəbər verir ki, səfər zamanı onu TDT Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, TDT-nin sabiq baş katibi Halil Akıncı, Qars valisi Ziya Polat və digər şəxslər müşayiət ediblər.

Səfər çərçivəsində Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyevlə görüş keçirilib.

Bu gün, həmçinin TDT Ağsaqqallar Şurasının sədri Ardahan vilayətində çıxış edib. B.Yıldırım bildirib ki, Türk Dövlətləri Təşkilatının səsi regionun hüdudlarından çox uzaqlarda eşidilir. “TDT bütün dünyada sülhə və rifaha töhfə verir”, – deyə o qeyd edib.