ADRA-nın “Açıq Məkanda Reklama İctimai Nəzarət” bölməsi “ASAN müraciət” informasiya sisteminə qoşulub. Artıq müraciətləri “ASAN müraciət” informasiya sisteminə də edə bilərsiniz. Daxil olan sorğular Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə (ADRA) yönləndiriləcəkdir.
“İki sahil” xəbər verir ki, bununla da açıq məkanlardakı reklamlara ictimai nəzarət daha əlçatan olacaq. Vətəndaşlarımız “ASAN müraciət” mobil tətbiqi vasitəsilə aşağıdakı mövzularda qarşılaşdıqları ictimai problemləri asanlıqla göndərə bilərlər:
Qanunsuz reklam yerləşdirilməsi
Qəzalı və təhlükəli reklam daşıyıcıları
Dil və məzmun pozuntuları
Müddəti bitmiş reklamlar
Səs-küy və işıq çirkliliyi
Estetik qaydaların pozulması
Şəhərimizin daha təhlükəsiz və estetik görünməsi üçün sən də töhfə ver!
“ASAN müraciət” mobil tətbiqini yükləmək üçün:
Android: https://play.google.com/store/apps/details?id=az.asan.asanapply
iOS: https://apps.apple.com/az/app/asan-m%C3%BCraci%C9%99t/id1561571608
Ətraflı məlumat üçün: 9108 “Çağrı mərkəzi”