Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Rusiya Müdafiə Nazirliyinin daha əvvəl Avropada Ukrayna üçün dronlar istehsal edən müəssisələrin ünvanlarını dərc etməsi ilə əlaqədar izahat vermək üçün çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya XİN "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumatda deyilir ki, Berlin "özünü qorxutmağa imkan verməyəcək", Almaniyadakı "təhdidlər və hər cür casusluq fəaliyyəti isə tamamilə qəbuledilməzdir".
Aprelin 15-də Rusiya Müdafiə Nazirliyi Avropa İttifaqı ərazisində Kiyev üçün PUA istehsal edilən müəssisələrin adlarını və ünvanlarını açıqlamışdı.