18 aprel 2026 22:22
121

İran və Ermənistanın XİN başçılarının müavinləri regional məsələləri müzakirə ediblər

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə erməni həmkarı Vahan Kostanyan ilə görüşüb və regiondakı son proseslər barədə məsləhətləşmə aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

"Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşdə ikitərəfli gündəlikdə olan cari məsələlər ətrafında danışıqlar aparılıb, regional proseslər, eləcə də sülh və sabitliyin gücləndirilməsi məqsədilə həyata keçirilən səylər müzakirə edilib", - məlumatda bildirilib.