18 aprel 2026 18:03
120

Lavrov və Fidan Yaxın Şərqdə baş verənləri müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antaliya Diplomatik Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

“İki sahil” Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər beynəlxalq və regional gündəliyin əsas məsələlərini, o cümlədən Körfəz ölkələri və Yaxın Şərqdəki vəziyyəti ətraflı müzakirə ediblər. Rusiya və Türkiyənin böhranların həlli üçün bundan sonra da konstruktiv əməkdaşlığı davam etdirmək niyyətində olduqları vurğulanıb.

Bildirilib ki, nazirlər ikitərəfli dialoqun aktual məsələləri üzrə mövqelərini uzlaşdırıblar, iqtisadi-ticari və enerji əməkdaşlığının əsas istiqamətlərini müzakirə ediblər, həmçinin qarşıdakı görüşlərin qrafikini razılaşdırıblar.