18 aprel 2026 12:10
109

Leyla Bexti “Un Certain Regard” müsabiqəsinin münsiflər heyətinə sədrlik edəcək

Böyük Britaniyadan olan rejissor Molli Mənin Valkerdən sonra fransız aktrisa Leyla Bexti 79-cu Kann Film Festivalında “Un Certain Regard” müsabiqəsinin münsiflər heyətinə sədrlik edəcək.

“İki sahil” xəbər verir ki, L. Bexti seneqallı prodüsser Anjel Diaban, livanlı bəstəkar Xaled Muzanar, italiyalı rejissor Lora Samani və fransız rejissor Toma Kayedən ibarət münsiflər heyəti ilə birlikdə bu seçimin qaliblərini müəyyənləşdirəcək.

Qeyd edək ki, “Un Certain Regard” bölməsi gənc, müəllif və kəşfyönümlü kino əsərlərini qiymtləndirir.

Keçən il çilili rejissor Dieqo Kespedes “Qırmızı flaminqonun sirli baxışı” filmi ilə “Un Certain Regard” mükafatını qazanıb.

Carİ il mayın 12-dən 23-dək 79-cu Kann Film Festivalı keçiriləcək.