Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Kamran Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, ondan 4 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, həşiş və marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edib
FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək