Lənkəranda torpaq qatı sürüşərək Ulum çaya tökülüb.
Hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb. Belə ki, təqribən 200 metr uzunluğunda və 7 metr hündürlükdən torpaq kütləsi sürüşərək Ulum çayına tökülüb, nəticədə ərazidə müəyyən çətinliklər yaranıb.
Lənkəran Su Melorasiya Sistemləri İstismarı İdarəsinin əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb və sürüşmənin nəticələrinin aradan qaldırılması, həmçinin gələcəkdə oxşar halların qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi istiqamətində işlərə başlanılıb.
AZƏRTAC
AMEA Naxçıvan Bölməsində 27 Sentyabr – Anım Günü ilə bağlı elmi konfrans keçirilib
FHN tərəfindən sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirilib
Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları“brutto müqavilə” sisteminə qoşulub
Kürdəmirdə “27 sentyabr – Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib