ABŞ Prezidenti Donald Trampın İsrailin Livana əlavə hərbi hücumlar etməsini qadağan etməsi ilə bağlı açıqlaması İsrailin Baş naziri Binyamin Netanyahunu təəccübləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Netanyahu və onun köməkçiləri Prezidentin paylaşımından şoka düşüblər. “Axios”un qeyd etdiyinə görə, bu paylaşım İsrail və Livan arasında atəşkəs sazişinin mətni ilə ziddiyyət təşkil edir.
Portalın mənbələri bildirir ki, İsrail Ağ Evdən məsələyə aydınlıq gətirilməsini istəyib.
Xatırladaq ki, Tramp daha əvvəl “Truth Social” platformasında yazmışdı: “İsrail artıq Livanı bombalamayacaq. Onlara bunu etmək ABŞ tərəfindən qadağan edilib. Bəsdir!”.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq