ABŞ və İran arasında danışıqların hələ rəsmi olaraq təyin olunmamasına baxmayaraq, onların aprelin 20-də Pakistanda keçirilməsi ehtimal olunur.
“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Prezident administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.
Rəsminin sözlərinə görə, Prezident Donald Trampın danışıqlar qrupu hazırlıq vəziyyətindədir və prosesə başlamağa hazırdır. Nəşrin qeyd etdiyinə görə, ötən həftəsonu bir neçə raund danışıqlar keçirilsə də, münaqişəyə son qoya biləcək ciddi irəliləyiş əldə olunmayıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq