Almaniya ordusu Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə beynəlxalq missiyada, o cümlədən minaların təmizlənməsi və dəniz kəşfiyyatında iştirak edə bilər.
“İki sahil” “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Avropa ölkələrinin dövlət və hökumət başçılarının Hörmüz boğazındakı vəziyyətlə əlaqədar Parisdə keçirilən görüşündən sonra açıqlamasında deyib.
Almaniyanın Hörmüz boğazının mühafizəsi üçün hərbi əməliyyata qoşulmağa hazır olduğunu qeyd edən Kansler bu baxımdan minaların təmizlənməsi və dəniz kəşfiyyatını nümunə gətirib. O, hərbi əməliyyatda iştirak üçün əsas şərtin İranla hərbi əməliyyatların dayandırılması olduğunu bildirib. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi kimi möhkəm hüquqi bazanın, həmçinin Almaniya hökumətinin və Bundestaqın təsdiqinin tələb olunduğunu vurğulayıb.
Kansler İranın boğazı müəyyən şərtlərlə açmasını müsbət hal kimi vurğulasa da, keçidlərin beynəlxalq dəniz hüququna tam uyğun və heç bir məhdudiyyət olmadan həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq