Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını region və qonşu dövlət olaraq Gürcüstan məmnuniyyətlə dəstəkləyir.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani Antalya Diplomatiya Forumu çərçivəsində "Report"un Türkiyə bürosuna açıqlamasında deyib.
O qeyd edib ki, Gürcüstan region dövlət olaraq Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək:
"Eyni zamanda, ticarət həcmlərinin artırılması üçün onlara kömək edir və bu prosesi asanlaşdırırıq. Bu məqsədlə Ermənistan və Azərbaycan arasında ticarətin həyata keçirilməsi üçün Gürcüstan ərazisindən, onun dəmir yolu və avtomobil infrastrukturlarından istifadə olunur. Biz gələcəkdə də dostlarımıza dəstək göstərməyə və yardım etməyə hazırıq".
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq