17 aprel 2026 14:17
157

Xarici işlər nazirləri Antalyada Yaxın Şərq münaqişəsini müzakirə edəcəklər

Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə günü Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin üçüncü görüşünə ev sahibliyi edəcək.

“İki sahil” Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə görə, görüş cümə günü Antalyada Hakan Fidanın sədrliyi ilə keçiriləcək.

Nazirlərin regional məsələləri müzakirə edəcəkləri, xüsusilə də ABŞ və İsrailin İranla müharibəsinə regional həllər tapmağa diqqət yetirəcəkləri gözlənilir.