17 aprel 2026 09:30
156

Qərarları tələsmədən və şüurlu şəkildə vermək daha məqsədəuyğundur - PSİXOLOQDAN AÇIQLAMA

İntuisiya insanın əvvəlki təcrübələrinin və qeyri-şüuri biliklərinin nəticəsi kimi formalaşır və bəzi hallarda, xüsusilə tanış situasiyalarda sürətli qərarvermədə faydalı ola bilər.

Bu barədə psixoloq Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yalnız intuisiya ilə qərar vermək risk daşıyır və bu zaman məntiqi düşüncə ilə balansın qorunması vacibdir. Daxili səsi dinləmək üçün sakit mühit və emosional sabitlik mühüm rol oynayır.

Psixoloq qeyd edib ki, güclü qorxu və ya həyəcan halları intuisiya ilə qarışa bilər və bu da yanlış qərarların verilməsinə səbəb olur. Buna görə də qərarların tələsik deyil, şüurlu şəkildə verilməsi daha məqsədəuyğundur.

Yaqut Ağaşahqızı, “İki sahil”