Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail İrandan sonra Türkiyəni yeni rəqib kimi görməyə çalışa bilər.
“İki sahil” xəbər verir ki, nazir "Anadolu" agentliyinə açıqlamasında qeyd edib: “Biz görürük ki, İsrail İrandan sonra Türkiyəni özünə yeni düşmən etməyə cəhd göstərə bilər, çünki o, düşmənsiz mövcud ola bilmir.”
Hakan Fidan həmçinin vurğulayıb ki, ABŞ və İran gərginliyin azaldılmasının vacibliyi məsələsində oxşar mövqedən çıxış edirlər.
Bundan əvvəl nazir Hörmüz boğazı ilə bağlı problemin yaxın vaxtlarda həll oluna biləcəyini də bildirmişdi.