ABŞ prezidenti Donald Tramp NATO-nun Rusiya təhdidindən qorunmaq bəhanəsi ilə əhəmiyyətli dərəcədə müdafiə xərclərini "gülünc" adlandırıb.
“İki sahil” xəbər verir ki, o bu fikri Andrews Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərlə bölüşüb.
"Biz NATO-nun Rusiyadan müdafiə olunmasına kömək etmək üçün ona trilyonlarla dollar xərcləmişik. Düşünürsünüzsə, biz Rusiyadan müdafiə olunuruq. Mən uzun müddətdir ki, bunun bir az gülünc olduğunu düşünürəm", - deyə Tramp bildirib.
O, əlavə edib ki, bu cür xərclər əlavə təhlil tələb edir.
Aprel ayının əvvəlində Donald Tramp ABŞ-ın NATO tərəfdaşlarının etibarlılığına inamının olmadığını və ittifaqdan çıxmağı ciddi şəkildə düşündüyünü bildirib.