Cənubi Koreyanın Çonqcu şəhərindəki restoranda qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb.
“İki sahil” Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 4 radələrində üçmərtəbəli kommersiya binasının birinci mərtəbəsində baş verib. Partlayış nəticəsində yaxınlıqdakı evlərin 8 sakini şüşə qırıntılarının yaratdığı kəsiklərlə xəstəxanalara yerləşdirilib, 7 nəfər yüngül xəsarət alıb.
Partlayış yaxınlıqdakı avtomobillərə də ziyan vurub, sakinlər təxliyə edilib.
Səlahiyyətli qurumlar hadisənin səbəblərini və zərərin miqyasını araşdırır.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir