ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı hazırkı vəziyyətdə alyans üzrə müttəfiqlərin fəaliyyətindən narazılığını ifadə edərək, Vaşinqtonun NATO yanaşmasına yenidən baxmaq niyyətində olduğunu bəyan edib.
“İki sahil” xəbər verir ki, o bu barədə "Fox News"un efirində deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar alyansın rolunu yenidən təhlil etməlidir, çünki Trampın iddia etdiyinə görə, müttəfiqlər Vaşinqtona lazımi dəstək göstərmirlər.
Amerika lideri uzun illər ərzində bu məsələni dəfələrlə qaldırdığını vurğulayıb. O, həmçinin tərəfdaşların, o cümlədən Böyük Britaniya və Almaniyanın mövqeyindən məyus olduğunu bildirərək, NATO-nu sərt şəkildə tənqid edib.
Tramp Almaniya rəhbərliyinin Berlinin İranla müharibəyə başlamadığı barədə bəyanatlarına xüsusi diqqət çəkib və ABŞ-nin Ukrayna məsələsində müttəfiqlərinə göstərdiyi dəstəyi xatırladıb.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir