Ukrayna və Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsi artıq gələn həftənin sonunda mümkündür.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Novosti.LIVE"a şərhində bildirib.
Budanov qeyd edib ki, aprelin 11-də 182 ukraynalının qaytarılmasından sonra artıq növbəti mübadilə hazırlanır.
"Ümid edirəm ki, təxminən həftənin sonuna kimi daha bir mərhələ olacaq. Orada sırf bürokratik prosedurlar var idi", - o qeyd edib.
Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa bayramı ərəfəsində genişmiqyaslı hərbi əsir mübadiləsi həyata keçirib. Ukraynaya 175 hərbçi və 7 mülki şəxs qayıdıb.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir