Böyük Britaniya hökuməti ABŞ və İran arasında İslamabadda keçirilən danışıqların nəticəsiz başa çatmasından məyusdur.
“İki sahil” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Nazirliyinin rəhbəri Ues Stritinq "Sky News" telekanalına müsahibəsində bildirib.
"İranda hələ də irəliləyiş və müharibənin davamlı olacaq şəkildə başa çatmasını görməməyimiz məyusluq doğurur", - o bildirib.
Nazir sülh danışıqlarının davam etdiriləcəyinə ümid etdiyini bildirib: "Hərçənd bu danışıqlar, ehtimal ki, uğurla nəticələnməyib, lakin bu, onları davam etdirmək cəhdlərindən imtina etməyin lazım olduğu demək deyil".
Stritinq əlavə edib ki, Londonun İranla münaqişəyə qarışmaq istəməməsi Vaşinqton tərəfindən çoxlu tənqidlərə səbəb olub və bununla da iki ölkə arasındakı münasibətlərə təsir göstərib.
"İranla bağlı fikir ayrılıqları, şübhəsiz ki, (ABŞ Prezidenti Donald) Tramp administrasiyası ilə münasibətləri gərginləşdirib. Lakin bir çox başqa mövzularda Böyük Britaniya və ABŞ-ın maraqları qarşılıqlı şəkildə bağlıdır. Bizim təhlükəsizlik sahəsində ümumi maraqlarımız var. Bu tərəfdaşlıq davam edir. Biz hamımız başa düşdük ki, Trampı dediklərinə görə deyil, etdiklərinə görə qiymətləndirmək lazımdır", - britaniyalı nazir vurğulayıb.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir