Yəmən sularında, Hödeydə liman şəhərindən cənub-qərbdə naməlum şəxslər yelkənli gəmini ələ keçirməyə cəhd ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanındakı Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzinin məlumatında deyilir.
"Mərkəz Hödeydədən cənub-qərbdə 54 dəniz mili məsafəsində baş vermiş insident barədə məlumat alıb, göyərtəsində təxminən 12 nəfərin olduğu, onlardan 4-5-nin avtomat silahla silahlandığı qayıq yelkənli gəmiyə yaxınlaşıb. Qayığın heyəti yelkənli gəminin dayanmasını tələb edib. Kapitanın rədd cavabından sonra onlar göyərtəyə qalxmaq üçün qayığı yelkənli gəmiyə bağlamağa cəhd ediblər. Kapitan siqnal raketindən istifadə edib və qayıq geri çevrilərək cənub-şərq istiqamətində uzaqlaşıb", - bəyanatda bildirilir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir