12 aprel 2026 16:24
128

Macarıstanda parlament seçkilərində rekord fəallıq qeydə alınıb

Macarıstan parlament seçkilərində yüksək fəallıq qeydə alıb.

“İki sahil” xəbər verir ki, bunu "444.hu" saytının statistikası göstərir.

Budapeşt vaxtı ilə saat 11:00-a (Bakı vaxtı ilə saat 13:00) olan məlumata görə, parlament seçkilərində seçici fəallığı əvvəlki seçkilərdən xeyli çox - 37,98 % təşkil edib.

Xatırladaq ki, 2022-ci il parlament seçkilərində seçicilərin yalnız 25,77 %-i səs verib, 2018-ci ildə isə bu rəqəm 29,93 % olub.